Tbilisinin Dolidze küçəsində atışma olub.
InterPress.ge xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Məlumata görə, xəsarət alan şəxs tibb müəssisəsindədir. Hadisə təxminən 3-4 saat əvvəl baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddələri ilə istintaq başlayıb.
