27 
Dek
2024
11:11
301

Tbilisidə yanğın zamanı gənc oğlan ölüb

Tbilisinin Varketili qəsəbəsində baş verən yanğın nəticəsində gənc oğlan ölüb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsindən  verilən məlumata görə, yanğın yaşayış binasının 3-cü mərtəbəsində baş verib.

Hadisə dünən gecə saatlarında baş verib, yanğın söndürülüb.

Yanğının səbəbləri və digər təfərrüatlar hələlik məlum deyil.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi, yəni insan tələfatına səbəb olan obyektin zədələnməsi və ya məhv edilməsi ilə bağlı araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın