.jpeg)
Tətil günlərində bu dövlət qurumları işləmiyəcək
Tətil günləri ilə əlaqədar olaraq 2025-ci il yanvarın 1-dən 12-dək patrul polis idarəsinin Tbilisi, Mtsxeti, Rustavi, Qori və Batumi xidmət mərkəzləri, eləcə də məlumat zəng mərkəzi işləməyəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, mərkəz yanvarın 13-dən əvvəlki qaydada fəaliyyətini bərpa edəcək.
“Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Vahid Xidmət Mərkəzi nəzərinizə çatdırır ki, Yeni il bayramı ilə əlaqədar vahid xidmətin Tbilisi, Mtsxeti, Rustavi, Qori və Batumi xidmət mərkəzləri, eləcə də məlumat zəng mərkəzi , 1-12 yanvar 2025-ci il tarixlərində işləməyəcək. Yanvarın 13-dən isə mərkəz adi qaydada fəaliyyətini bərpa edəcək.
Burada nəzərinizə çatdırırıq ki, patrul polisi tərəfindən verilmiş inzibati cərimənin müraciətinin son günü bayram gününə təsadüf edərsə, vətəndaşın müraciət müddətindən sonuncunun növbəti (birinci) iş günündə istifadə etmək imkanı yaradılacaq.