Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Parlament sarayında prezidentin andiçmə mərasimi keçirilir

310
Parlament sarayında prezidentin andiçmə mərasimi keçirilir
Dinləmək üçün basın

Parlament sarayında seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilmiş Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir.

Parlament sarayında seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilmiş Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir.

InterPress.ge xəbər verir ki, Kavelaşvili İncil və Konstitusiyaya and içəcək.

Mixail Kavelaşvili inauqurasiyaya ailə üzvləri ilə birlikdə gəlib.

Konstitusiyaya görə, Gürcüstanın yeni seçilmiş prezidenti vəzifəyə başlamazdan əvvəl and içir:

“Mən, Gürcüstan prezidenti, Allah və millət qarşısında and içirəm ki, Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, birliyini və bölünməzliyini qoruyacağam, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyəm, təhlükəsizliyin və ölkəmin vətəndaşlarının rifahı, xalqımın və mülkümün dirçəlişi və qüdrətinin  qayğısına qalacağam."

Gürcüstanın 6-cı prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, Acarıstan və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin daxil olduğu prezident seçkiləri kollegiyasının üzvləri dəvət olunub.

Açılış mərasimində iştirak etmək üçün saraya “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili də gəlib.

Diplomatik korpus tədbirə dəvət edilmir.

Bundan əlavə, onu da qeyd edək ki, parlament binasında media nümayəndələrinin andiçmə prosesindən foto və video çəkmək imkanı yoxdur.
Jurnalistlər, operatorlar və fotoqraflar parlament binasının Rustaveli zalında (B binası, 0-cu mərtəbə) təşkil olunmuş media məkanındadırlar, oradan media nümayəndələri inaqurasiyanı izləmək və respondentləri qeyd etmək imkanı əldə edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →