29 
Dek
2024
21:22
1109

Marneuli-Sadaxlı magistralında ağır yol qəzası baş verib - Yaralar var (FOTO)

Bu gün Marneuli-Sadaxlı magistralında üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

InterPress.ge xəbər verir ki, qəza nəticəsində Ford yük maşını, Opel minik avtomobili və Mercedes-Benz markalı avtomobil toqquşub.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Əraziyə təcili tibbi yardım və polis əməkdaşları da cəlb olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın