Bu gün Rustaveli prospektində “Bedoba Rustaveli” adlı aksiya keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə “Daitove” qrupu məlumat yayıb.
Aksiya saat 19: 00 da baş tutacaq.
“2 Yanvarda bir-birimizə cəsarət edək! Bizə nəyi unutdurmağa çalışdıqlarını bu il gördük: Gürcüstanın azad, ləyaqətli, qürurlu, vətənpərvər, yorulmayan, təslim olmayan vətəndaşları var, gəlin bu gündə bir-birimizə minnətdarlığımızı bildirək və bir daha təkrar edək: - Rejim məhbuslarına azadlıq - Yeni seçkilər tələb edirik!", - məlumatda deyilir.
Analoji mitinqin həmçinin saat 19:00-da Batumidə, Konstitusiya Məhkəməsi yaxınlığında keçirilməsi planlaşdırılır.
