Milad bayramı ilə əlaqədar Tbilisidə “Alilo” iştirakçılarının yürüşü saat 14:00-da Birinci Respublika meydanından başlayacaq.
InterPress.ge xəbər verir ki, yürüş Milad duasının olacağı Sameba Katedralında başa çatacaq.
Toplanan ərzaqlar qocalar sığınacaqlarına və uşaq evlərinə veriləcək.
“Alilo” yürüşü ənənəsi 2000-ci ildə patriarxın xeyir-duası ilə yenidən bərpa edilib.
Yürüş zamanı “Alilo”nun iştirakçılarını prezident, parlament və şəhər şurasının üzvləri qarşılayır.
