Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makrona Qərb ölkələrinin diqqətini Ukraynaya yönəltməyi tövsiyə edib.
InterPress.ge xəbər verir ki, İ.Kobaxidze bunu jurnalistlərin Makronun Rusiyanın Gürcüstandakı seçkilərlə bağlı qeyri-sabitlik yaratması ilə bağlı bəyanatı ilə bağlı suallarını cavablandırarkən deyib.
"Mən əsl problemdən danışıram və bu barədə şərh verə bilmərəm. Hamının üzləşdiyi problemi şərh edirəm - bu, məhv edilmiş Ukraynadır", - İ.Kobaxidze bildirib.
