Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanın xarici işlər naziri Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb

465
Gürcüstanın xarici işlər naziri Azərbaycanın  Gürcüstandakı  səfiri ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə olunub, bu kontekstdə söhbətdə xarici işlər nazirinin Azərbaycan Respublikasına rəsmi səfərinin təfərrüatlarına toxunulub. O cümlədən Gürcüstan və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi nəzərdə tutulur.

“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirdilər. Ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.

Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını bildiriblər”, - deyə nazirliyin məlumatında qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →