Qurcaanidə ağır yol qəzası ölümlə nəticələndi.
InterPress.ge xəbər verir ki, Bakırtsıxe-Tbilisi yolunda, Barjisxevi yaxınlığında qoşqu aşıb.
Hadisə şahidlərinin sözlərinə görə, qoşqunun sürücüsü sükanın idarəetməsini itirərək sürüşüb və bir qrup avtomobilə çırpılıb. Nəticədə 4 nəfər yerindəcə ölüb, 1 nəfər isə ağır yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis və xilasetmə qrupları səfərbər olunub.
