Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kaxa Kaladze: Trampın inauqurasiyasına istənilən şəxs bilet ala bilər

414
Kaxa Kaladze: Trampın inauqurasiyasına istənilən şəxs bilet ala bilər
Dinləmək üçün basın

"Donald Trumpın inauqurasiya mərasiminə biletləri istənilən şəxs ala bilər"

"Donald Trumpın inauqurasiya mərasiminə biletləri istənilən şəxs ala bilər"

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaladze, jurnalistlərə verdiyi açıqlamada, keçmiş Prezident Salome Zurabişvili və "Lelo" partiyasının üzvlərinin Trampın inauqurasiyasına qatılmaq niyyətində olduqlarını soruşduqda belə deyib:

"Biletler adi qaydada satılır və istənilən şəxs ala bilər. Əgər səhv etməyirəmsə, biletin qiyməti 500 min dollardan başlayır və 2 milyon dollara qədər qalxır. Bu, rəsmi mənbələrdə də açıq şəkildə yazılıb. Əgər istəyirlərsə, bu məbləği ödəyib inauqurasiyaya qatılmaqda heç bir problem yoxdur."

Kaladze həmçinin, "Gürcü Arzusu" partiyasından kiminsə Trumpın inauqurasiyasına qatılmaq niyyətinin olub-olmaması ilə bağlı suala cavab verərkən qeyd edib ki, onlar Tramp ilə yalnız o zaman görüşəcəklər ki, o, öz vəzifəsinə rəsmi olaraq başlayacaq.

"Tramp ilə görüşlər və əlaqələr yalnız o zaman olacaq ki, o, öz səlahiyyətlərini rəsmi olaraq yerinə yetirməyə başlasın", - deyə Kaxa Kaladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →