19 
Yan
2025
13:06
2712

Marneuli-Qızılhacılı yolunda ağır avtomobil qəzası baş verdi - Yaralılar var (FOTO)

Marneuli-Qızılhacılı yolunun bir hissəsində ağır avtomobil qəzası qeydə alınıb. 

InterPress.ge xəbər verir ki, Prius markalı avtomobil ötmə əməliyyatı həyata keçirən zaman qarşıdan gələn Mercedes-Benz markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə Dövlət Yol Polisi, xilasetmə qrupu və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəsarət alanlar Marneulidəki xəstəxanalardan birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər