Batumidə " Mzia Amaglobeliyə azadlıq!" şüarı ilə aksiya keçirilir
Batumda jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri küçələrdə yürüş edərək " Mzia Amaglobeliyə azadlıq !" şüarı ilə etirazlarını bildirirlər.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları, “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amaglobelinin tezliklə azadlığa buraxılmasını tələb edirlər.
Eyni zamanda, etirazçılar, Acarıstan Polis Departamentinin Batum Şəhər İdarəsinin rəisi İrakli Dqebuadzənin səlahiyyətlərinin araşdırılmasını istəyirlər.
Qeyd edək ki, Batum Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amaglobeliyə həbs tədbiri tətbiq edib. Qərarı hakim Nino Saqalaşvili verib.
Mzia Amaglobeli Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə ittiham olunub. Bu maddə polisə hücum etməkdən danışır. Mzia Amaglobeli Batumda, polis idarəsinin qarşısında keçirilən aksiyada əvvəlcə inzibati qaydada saxlanılıb və təxminən iki saat sonra sərbəst buraxılıb. Azadlığa buraxıldıqdan bir neçə dəqiqə sonra isə o, yenidən polis idarəsinin qarşısında saxlanılıb.


