22 
Yan
2025
16:14
263

Həmkarları və dostları Mzia Amağlobelini aclıq aksiyasını dayandırmağa çağırırlar

Dostları, həmkarları və sevənləri, “Batumelebi” və “Netgazeti”nin qurucusu, Mziya Amağlobeliyə müraciət edərək, aclığı dayandırmağa çağırıblar.

InterPress.ge xəbər verir ki, Mziya Amağlobeli, son zamanlar hüquq mübarizələri ilə gündəmə gəlmiş bir jurnalist və fəaldır.

Onun ətrafı insanlardan göndərilən dəstək məktubunda, Amağlobeliyə həyatını riskə atmamaq tövsiyə edilir. Məktubda bildirilir ki, Mziya mübarizəsini həyatını təhlükəyə atmadan davam etdirməlidir.

Bu dəstək məktubu, Mziya  Amağlobelinin həbsdə olduğu dönəmdə, onunla əlaqə saxlayan hüquqşünas vasitəsilə göndəriləcək. Məktubda deyilir:

“Əziz Mziya, biz sənin dostların və həmkarların olaraq, mübarizənin hər addımında səninlə bərabərik. Sənin səsin bizim və xalqımızın azadlığı üçün dəyərli və əvəzolunmazdır. İnanırıq ki, qarşıda bir çox mühüm işlər var və biz hamımız birgə onları yerinə yetirəcəyik. Artıq 11 gündür ki, aclıq elan edibsən, səndən xahiş edirik, bu ekstremal aksiya formasını dayandır. Sən bizim üçün və cəmiyyət üçün çox önəmlisən, həm peşəkar, həm də insan olaraq. Sağlamlığını və həyatını təhlükəyə atma, gəlin bu mübarizəni birgə davam edək. Biz hamımız sənin yanındayıq, sənin nümunənlə daha da qüvvətlənmişik. Xahiş edirik, sağlamlığın, həyatın və bizim üçün necə dəyərli olduğunu düşün.”  -məktubda deyilir.

Hazırda, Tbilisi Parlamentinin arxa girişində, Mziya Amağlobeliyə dəstək aksiyası keçirilir.

Məlumat üçün bildirək ki, “Netgazeti” və “Batumelebi”nin həmtəsisçisi və direktoru Mzia Amaqlobeli yanvarın 11-də Batumidə saxlanılıb. Batumi Şəhər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Qərar hakim Nino Saxelaşvili tərəfindən verilib.

Mzia Amaqlobeli Cinayət Məcəlləsinin 353-cü, yəni polis əməkdaşına hücum etmə maddəsi ilə ittiham olunub. Mzia Amağlobeli Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə sillə vurub.

Mzia Amağlobeli həbs olunduqdan sonra aclıq aksiyasına başlayıb.


 


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər