Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub

273
Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub
Dinləmək üçün basın

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

InterPress.ge xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

“Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində səmərəli və uğurlu əməkdaşlığımızın əsasında ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri dayanır”, - deyə D.Sonqulaşvili bildirib.

Azərbaycan səfiri nazirə yeni vəzifəsində uğurlar arzulayıb.

“Ətraf mühitin qorunması və kənd təsərrüfatı bizim üçün əməkdaşlığın maraqlı sahələridir. Düşünürəm ki, birgə bir çox qarşılıqlı maraq doğuran layihələri həyata keçirəcəyik”, - F.Quliyev vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →