Tbilisidə avtobusların sistemi sındırılıb - nəqliyyat vasitələrində Gürcüstan və Avropa İttifaqının himnləri səslənir
Vətəndaşların məlumatına görə, Tbilisinin ictimai nəqliyyatında (avtobuslar və mikroavtobuslar) yayımlanan audio çarxı aktivləşdirilib və onu söndürmək mümkün deyil.
InterPress.ge xəbər verir ki, sosial şəbəkələrdə bu barədə video materiallar paylaşılıb.
Audio çarxda Zviad Qamsaxurdiyanın sözləri eşidilir: "9 aprel şəhidlərinin ruhları bizi izləyirlər və göylərdə sevinc içindədirlər, çünki onların iradəsi yerinə yetdi, Gürcü xalqının iradəsi yerinə yetdi. Qalib gəlsin müstəqil Gürcüstan!"
Həmçinin, Zurab Jvaniya tərəfindən "Mən gürcüyəm və deməli, mən Avropalıyam" sözləri eşidilir.
Çarxda "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilinin səsi də eşidilir, burada o, maliyyə məsələləri barədə danışır.
Bundan əlavə, yayılan çarxda Mixael Qaveləşvilinin 2022-ci ildə parlament tribunasında etdiyi təhqiramiz ifadələr də yer alır. O, "rus işi" ilə bağlı açıqlamalar verib.
Vətəndaşlar ehtimal edirlər ki, bu, haker hücumu nəticəsində baş vermiş ola bilər.
Nəqliyyat sistemində sərnişin ödənişlərini banklardan müstəqil olaraq "MS+" və "Azri" şirkətləri idarə edir. Şirkətlərin sözlərinə görə, aparatlarda texniki nasazlıq aşkarlanıb və bunun aradan qaldırılması üçün aktiv işlər aparılır.


