Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə ictimai nəqliyyatın ödəmə sistemi müvəqqəti deaktiv edilib – Sərnişinlər ödəmə etmədən xidmət alacaqlar

464
Tbilisidə ictimai nəqliyyatın ödəmə sistemi müvəqqəti deaktiv edilib – Sərnişinlər ödəmə etmədən xidmət alacaqlar
Dinləmək üçün basın

Tbilisi şəhərində ictimai nəqliyyatda kiberhücum səbəbindən texniki problemlər yaranıb, səyahətçilər ödəmə etmədən nəqliyyatdan istifadə edə biləcəklər.

Tbilisi şəhərində ictimai nəqliyyatda kiberhücum səbəbindən texniki problemlər yaranıb, səyahətçilər ödəmə etmədən nəqliyyatdan istifadə edə biləcəklər.

InterPress.ge xəbər verir ki, Tbilisi şəhər meriyası, ictimai nəqliyyatda (avtobus və mikroavtobus) yayılan müxtəlif səslə mesajlarla bağlı bəyanat yayıb.

Meriyanın məlumatına görə, ehtimal olunan kiberhücum nəticəsində ictimai nəqliyyatın səyahət ödəmə sistemi müvəqqəti olaraq deaktiv edilib.  

Qurumun açıqlamasına əsasən, müvafiq şirkətlər – ŞPK "MS+" və ŞPK "Azri" – texniki dəstək təmin edirlər və texniki nasazlıq düzəldikdən sonra sistem yaxın günlərdə yenidən işə düşəcək. Bu müddət ərzində, ictimai nəqliyyat sərnişinlərə ödəmə etmədən xidmət göstərəcək.

Məlumat üçün qeyd edək ki, vətəndaşların verdiyi məlumatlara görə, Tbilisidəki avtobus və mikroavtobuslarda Gürcüstan və Avropa İttifaqının himnləri, həmçinin müxtəlif siyasətçilərin müxtəlif məzmunlu səsli mesajları yayımlanır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →