26 
Yan
2025
20:18
286

Parlamentə Yürüş: Gürcüstan vətəndaşları azadlıq və ədalət tələb edir

"Seçkilərin oğurlanmasına qarşı 3 ay" şüarı ilə Tbilisi Dövlət Universitetindən Parlamentə doğru müşahidəçilərin yürüş-aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları üzərində "Qeyri-qanuni həbs olunanların azadlığa buraxılmasını tələb edirik!" yazılmış plakatlar daşıyırlar.

Yürüş zamanı "Yeni seçkilər tələb edirik!", "Rus rejimi devrilsin!", "Hakimiyyətin zəbt edilməsinə yox!", "Hər yerdə polis, ədalət isə heç yerdə" kimi şüarlar səsləndirilir.

Vətəndaşlar Gürcüstan və Avropa İttifaqının bayraqlarını da gətiriblər.

Aksiya iştirakçıları fasiləsiz etirazın 60-cı günündə də yeni seçkilərin keçirilməsini və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, vətəndaşların etirazları İrakli Kobaxidzenin 28 noyabr tarixində verdiyi açıqlamadan sonra başlayıb. Həmin açıqlamada Gürcüstanın Avropa İttifaqına üzvlük müzakirələrinin başlanmasının 2028-ci ilə qədər təxirə salındığı bildirilmişdi.

Bizimlə əlaqə saxlayın