
Etiraz olaraq yolu kəsən vətəndaşlar saxlanılıb - Onları həbs cəzası gözləyir
"Strateji və ya xüsusi əhəmiyyətli obyektin qrup halında bloklanmasına cəhd ittihamı ilə 8 nəfər saxlanılıb".
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.
DİN-dən bildirilir ki, istintaq nəticəsində fevralın 2-də Tbilisidə keçirilən aksiya zamanı saxlanılan şəxslər dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, beynəlxalq əhəmiyyətli avtomobil yolunun bağlanmasına cəhd ediblər və bu yol Gürcüstan hökumətinin qərarına əsasən strateji obyektlər siyahısına daxildir.
"Polis aksiya təşkilatçıları ilə daim əlaqədə olub və iştirakçılara yolun bağlanmaması üçün xəbərdarlıq edib. Lakin etirazçıların bir hissəsi yolu bağlamağa cəhd edib, nəticədə 8 nəfər saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir və aksiya zamanı yolun bağlanmasına cəhd edən digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Saxlanılan şəxsləri 4 ilə qədər həbs cəzası gözləyir", - deyə məlumatda bildirilib.