05 
Fev
2025
13:47
394

49 deputatın mandatına xitam verildi

"Birlik - Milli Hərəkət", "Dəyişikliklər üçün Koalisiya" və "Güclü Gürcüstan" partiyalarının üzvləri - ümumilikdə 49 deputatın deputat səlahiyyətləri dayandırıldı.

InterPress.ge xəbər verir ki, səsvermənin nəticələrini hakimiyyət partiyasının üzvləri alqışlarla qarşılayıblar. 

Parlamentin qərarının əsasını, onların şəxsi bəyanatları təşkil etdi ki, həmin bəyanatlarla onlar ötən ilin noyabr ayında parlamentə müraciət etmişdilər. 

Parlamentdə 12 mandatla "Gaxaria Gürcüstan Naminə" partiyası qalır. Giorgi Qaxariyanın siyasi birliyi digər partiyalar kimi 26 oktyabr seçkilərini qeyri-legitim hesab edir və parlament fəaliyyəti ilə məşğul olmur, lakin səlahiyyətlərinin dayandırılması ilə bağlı heç bir müraciət etməyiblər.

Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, 2024-cü ilin 26 oktyabr seçkiləri nəticəsində "Güclü Gürcüstan" 14 mandat alıb, "Dəyişikliklər üçün Koalisiya" 19, "Birlik - Milli Hərəkət" isə 16 mandat qazanıb.

 şəxsi bəyanatlarına əsasən  mandatları dayandırılan deputatlar, bunlardır: - Marika Arevadze, Lasha Bakhradze, Tina Bokuçava, Saba Buaadze, Giorgi Butikashvili, Qriqol Qeqeliya, Ana Qoqoladze, Sofiya Goletiani, Ana Dolidze, Giorgi Vaşadze, Tengiz Tevzadze, Ketevan Turazashvili, Giorgi İmedashvili, Giorgi Kırtadze, Çodne Koberidze, Maya Kopaleişvili, Tamar Korcaia, İrakli Kupradze, Tamar Lalıashvili, Giorgi Lemonjava, Nana Malashxiya, Nika Meliya, Koba Naxtoyia, Ana Naçvlişvili, Ramaz Nikolaişvili, Kaxa Okriashvili, Dato Raqviashvili, Salome Samadashvili, Xatuna Samnidze, Levan Samuşia, İrakli Favlenişvili, Ani Kavtaradze, Oktay Kazumovi, Boris Quru, Fikria Çixaradze, Petre Çiskarishvili, Levan Tsutsxiridze, Gigi Tsxereteli, Ana Citladze, Ivane Çxonia, Levan Xabeişvili, Mamuka Xazaradze, Eka Xerkhelidze, İrakli Xvadagiya, Elene Xoştaria, Badrı Jafaridze, Qiya Caparidze, Zurab Qirçi Caparidze və Sofio Caparidze.

150 deputatın olması lazım olan parlament 101 üzvlü oldu. Bu kontekstdə qeyd etmək lazımdır ki, "Birlik - Milli Hərəkət", Qvaramiya-Meliya birləşməsi, "Dəyişikliklər üçün Koalisiya" və "Güclü Gürcüstan" partiyalarının ehtiyat-seçki siyahıları ləğv edilib ki, bu da deməkdir ki, çıxarılan üzvlərin yerinə onların seçki siyahısından heç kim parlamentə daxil ola bilməz.

 

Bizimlə əlaqə saxlayın