Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan dələduzluqda şübhəli bilinən şəxsi Qazaxıstana ekstradisiya edib

320
Gürcüstan dələduzluqda şübhəli bilinən şəxsi Qazaxıstana ekstradisiya edib
Dinləmək üçün basın

Dələduzluqda şübhəli bilinən qazaxıstanlı Gürcüstandan ekstradisiya edilib.

Dələduzluqda şübhəli bilinən qazaxıstanlı Gürcüstandan ekstradisiya edilib.

InterPress.ge bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin şəxs Tbilisidən Aktauya Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qazaxıstanın Gürcüstandakı səfirliyinin köməyi ilə aparılıb.

İndi onu təkrar dələduzluq törətdiyinə görə cinayət məsuliyyətinə cəlb etmək niyyətindədirlər.

"Göstərilən şəxs 2020-ci ildə qabaqcadan əlbir olan şəxslər qrupu ilə subsidiyaların alınmasında köməklik göstərmək bəhanəsi ilə Ulıtau vilayətinin 88 sakininin pul vəsaitlərini ələ keçirib. Onlara ümumilikdə 30 milyon tengədən çox ziyan vurub. İki iştirakçı artıq müxtəlif cəza növlərinə məhkum edilib, şübhəli şəxs isə cinayəti törətdikdən sonra qaçıb gizlənib və buna görə də beynəlxalq axtarışa verilib", - Baş Prokurorluqdan bildirilib.

Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasına yerləşdirilib. O üç ildən yeddi ilədək azadlıqdan məhrum edilə bilər. Eyni zamanda əmlak müsadirəsi cəzası nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →