Numbeo platforması 98 ölkədə 1 km üçün taksi tariflərini yeniləyib.
InterPress.ge xəbər verir ki, siyahının lideri İsveçrədir, burada 1 km taksi gedişi 4,29 dollar təşkil edir. Ən ucuz taksi isə Filippində qeydə alınıb – cəmi 26 sent.
Ən bahalı 5 ölkə:
- İsveçrə – 4,29 dollar
- Lüksemburq – 3,67 dollar
- Küveyt – 3,24 dollar
- Mavriki – 3,21 dollar
- Albaniya – 3,13 dollar
Ən ucuz taksi xidmətləri olan 5 ölkə:
- Filippinlər – 26 sent
- Moldova – 27 sent
- Hindistan – 28 sent
- Özbəkistan – 30 sent
- Misir – 30 sent
Gürcüstan regionda ən bahalı taksi xidmətinə sahibdir.
Gürcüstan 72-ci yerdə qərarlaşıb. Numbeo-nun məlumatına görə, burada 1 km taksi gedişi 72 sent təşkil edir. Gürcüstan bölgədə taksi xidmətinin ən bahalı olduğu ölkədir.
Digər regional ölkələrin göstəriciləri:
- Türkiyə – 77-ci yer, 64 sent
- Azərbaycan – 80-ci yer, 59 sent
- Rusiya – 92-ci yer, 31 sent
