11 
Fev
2025
15:17
388

Marneulidə “Qızılhacılı müəllimlər günü” tədbiri keçirilib

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində “Qızılhacılı müəllimlər günü” adlı təntənəli tədbir keçirilərək ziyafət təşkil olunub.

InterPress.ge xəbər verir ki, tədbir, Gürcüstan Birləşmiş Aşıqlar İttifaqının sədri, keçmiş məktəb və kollec direktoru Xəlil Hüseynovun təşəbbüsü ilə reallaşıb.

Tədbirdə Qızılhacılı kəndinin müəllimləri, məktəb direktoru, Marneuli mernin nümayəndəsi, ictimaiyyət üzvləri, iş adamları və fəallar iştirak edib. Tədbirin aparıcısı Abbas Abbasov qonaqları salamlayaraq, müəllimləri “Qızılhacılı müəllimlər günü” münasibətilə təbrik edib və dünyasını dəyişmiş pedaqoqları anaraq sözü tədbirin təşkilatçısı Xəlil Hüseynova verib.

Çıxışında Xəlil Hüseynov qeyd edib ki, bu tədbir kəndin iş adamlarının dəstəyi və onun təşəbbüsü ilə təşkil edilib. Ziyafət süfrəsi ilə davam edən tədbirdə çıxış edən natiqlər müəllimlik peşəsinin əhəmiyyətindən danışaraq, dünyasını dəyişmiş Qızılhacılı kəndinin müəllim və ziyalılarını ehtiramla yad ediblər.


 


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər