Gürcüstanda havanın çirklənmə səviyyəsi artıb - SƏBƏB AÇIQLANIB
11 fevraldan etibarən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) miqdarında artım müşahidə olunur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, havanın çirklənməsi transsərhəd çirklənmə ilə bağlıdır və Cənub və Cənub-Şərqdən gələn səhra tozlarının yayılması nəticəsində yaranıb.
"11 fevraldan etibarən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) miqdarında artım qeydə alınır. Bu proses əsasən transsərhəd çirklənmə ilə əlaqəlidir və cənubdan, cənub-şərqdən gələn səhra tozlarının təsiri ilə bağlıdır."
Agentliyin verdiyi məlumata görə, havanın keyfiyyəti avtomatik stansiyalar vasitəsilə fasiləsiz monitorinq olunur. Hava çirkliliyi ilə bağlı gündəlik yenilənən məlumatlara və sağlamlıq üçün tövsiyələrə Milli Ətraf Mühit Agentliyinin rəsmi hava keyfiyyəti portalında – www.air.gov.ge – " tövsiyələr" bölməsində baxmaq mümkündür.


