14 
Fev
2025
12:33
256

2024-cü ildə 5 563 nəqliyyat vasitəsi emissiya standartlarına uyğun olmaması ilə bağlı cərimələnib

Ölkədə nəqliyyat vasitələrinin ekoloji standartlara uyğun olmaması ilə bağlı 5 563 hal aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 2024-cü il üzrə hesabatında qeyd olunub.

Nazirliyin məlumatına görə, ən çox cərimə Tbilisidə tətbiq edilib. Ümumilikdə, cərimə olunan halların bölgələr üzrə bölgüsü belədir:
    •    Tbilisi – 2 827 cərimə
    •    Kutaisi – 900 cərimə
    •    Batumi – 947 cərimə
    •    Rustavi – 889 cərimə

Aşkar edilən halların hamısı nəqliyyat vasitələrinin normadan artıq tüstü buraxması və ekoloji standartları pozması ilə bağlı olub.

Xatırladaq ki, Gürcüstanda nəqliyyat vasitələrinin tüstü buraxma nəzarəti 2023-cü il sentyabrın 4-dən etibarən Tbilisi, Kutaisi, Rustavi və Batumi şəhərlərində həyata keçirilir. Bu tədbir atmosferin çirklənməsinin qarşısını almaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.

Bizimlə əlaqə saxlayın