Gürcüstanda dəniz qaydalarını pozan Monqolustan bayraqlı altında üzən yük gəmisi saxlanıldı
Gürcüstanın ərazi sularında naviqasiya qaydalarının pozulması səbəbindən Monqolustan bayrağı altında üzən “HASKAL” quru yük gəmisi saxlanılıb.
InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstan Sərhəd Polisi məlumat yayıb.
Sərhəd Polisinin verdiyi məlumata görə, gəminin kapitanı – Azərbaycan Respublikasının vətəndaşı haqqında inzibati araşdırma başlanıb. O, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən məsuliyyətə cəlb olunub.
Kapitan 10 000 lari məbləğində cərimələnib. Cərimə ödənildikdən sonra gəmiyə Gürcüstanın ərazi sularında sərbəst üzmək icazəsi verilib.
Gürcüstan daxili sularında və limanlarında beynəlxalq gəmiçilik qaydalarına nəzarəti gücləndirir, qanun pozuntularına qarşı sərt tədbirlər tətbiq edir.


