Kaspidə baş vermiş qətlin təfərrüatları məlum olub
Kaspi bələdiyyəsinin Sasireti kəndində baş verən qətllə bağlı yeni detallar məlum olub.
InterPress.ge xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, 35 yaşlı şəxs 80 yaşlarında olan nənəsini baltayla öldürüb.
Hadisə ilə bağlı məlumatı şübhəlinin özü dostuna zəng edərək verib.
“Deyilənə görə, o, nənəsini baltayla öldürüb. Hadisədən sonra Batumidə yaşayan dostuna zəng edib və cinayəti etiraf edib. Dostu da Kaspi polis idarəsinə məlumat verib. Polis evə daxil olanda qadının cəsədi döşəmədə olub”, - deyə qonşular bildirir.
Məlumata görə, qətlə yetirilən qadın Raca bölgəsində yaşayırmış.
“Mən onu Racada həmin qadının evinə aparmışdım. Onların münasibətləri yaxşı idi, qadın onun nənəsi sayılırdı”, - deyə qonşular əlavə edirlər.
Hadisənin baş verdiyi gün 35 yaşlı şübhəli polis tərəfindən saxlanılıb. Kənd sakinlərinin sözlərinə görə, şübhəli qətlə yetirilən qadının ögey nəvəsi olub.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb. Hadisə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə araşdırılır.
Hazırda polis qətlin səbəblərini araşdırır, istintaq davam edir.


