18 
Fev
2025
13:37
835

Tbilisi hava limanında Salome Zurabişviliyə yumurta atıldı -VİDEO

Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili Tbilisi beynəlxalq hava limanına Münhendən qayıtdıqdan sonra hücuma məruz qalıb.

InterPress.ge xəbər verir ki, naməlum şəxslər onun üzərinə yumurta atıblar.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Videoda bir vətəndaşın Zurabişviliyə yaxınlaşaraq onu “xain” adlandırdığı və ardından yumurta atdığı görünür. Həmçinin, bir nəfər ona, “Nağd gətirirsiniz, yoxsa hesabınıza köçürürlər?” sualını verir. Kadrlar göstərir ki, atılan bir neçə yumurta prezidentə dəyib.

Xatırladaq ki, dünən səhər saatlarında Gürcüstanın keçmiş baş naziri və “Gürcüstan üçün Qaxariya” partiyasının lideri Giorgi Qaxariya da eyni hücuma məruz qalıb. Partiya bunun Gürcü Arzusu tərəfindən təşkil olunmuş "xüsusi qrupun" işi olduğunu iddia edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər