Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda ağır yol qəzası baş verdi - 1 ölü, 10 yaralı

1,873
Gürcüstanda ağır yol qəzası baş verdi - 1 ölü, 10 yaralı
Dinləmək üçün basın

Xaşuri - Qori istiqamətində yol qəza hadisəsi baş verib. InterPress . ge xəbər verir ki, mikroavtobus yolun əsas hissəsindən çıxaraq aşıb. Məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 10-dək insan…

Xaşuri - Qori istiqamətində yol qəza hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, mikroavtobus yolun əsas hissəsindən çıxaraq aşıb.

Məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 10-dək insan müxtəlif bədən xəsarətləri alıb.

Mikroavtobus Saçxeredən Tbilisi istiqamətinə hərəkət edirmiş.

Təcili tibbi yardım xidməti yaralıları Xaşuri, Qori və Kareli xəstəxanalarına yerləşdiriblər. Kareli xəstəxanasına yerləşdirilən orta yaşlı qadının və 2 gənc kişinin vəziyyəti həkimlərin bildirdiklərinə görə orta ağırdır. Qorinin Qormedi Klinikasına yerləşdirilən 4 yaralının vəziyyəti də orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı istintaq başlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →