Parlament qarşısında etiraz aksiyası yenidən başladı – Rustaveli prospekti bağlandı
Tbilisidə parlament binası qarşısında etiraz aksiyası yenidən başladı.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Rustaveli prospektini bağlayaraq hökumət əleyhinə şüarlar səsləndirirlər.
Etirazçılar səsləndirirlər: “Seçkiləri təyin edin, dayanmayacağıq”; “Hər yerdə polis var, amma ədalət yoxdur"; “Ədalət olmayacaqsa, sülh də olmayacaq; “Oliqarxiyaya son” şüarlarını səsləndirirlər.
85 gündür davam edən etirazların tələbləri dəyişməz qalır.
Müxalifət tərəfdarları yeni seçkilərin keçirilməsini və etirazlar zamanı saxlanılan şəxslərin azad olunmasını tələb edirlər. Aksiyaçılar Gürcüstan və Avropa İttifaqının bayraqlarını dalğalandırır və müxtəlif məzmunlu plakatlar nümayiş etdirirlər.
Eyni zamanda İctimai Yayım binası qarşısında da etiraz aksiyası keçirilir.
Aksiyaçılar sonradan yürüş edərək Rustaveli prospektinə doğru irəliləyəcəklər.


