22 
Fev
2025
11:16
254

Etirazların 87-ci günü – Tbilisidə və regionlarda genişmiqyaslı mitinqlər keçiriləcək

Gürcüstanda etirazların 87-vi günündə paytaxt və regionlarında müxtəlif formatlarda etiraz aksiyaları keçiriləcək.

InterPress.ge xəbər verir ki, Tbilisidə planlaşdırılan aksiyalar belədir:
    •    19:00 – İctimai Yayım Şirkətinin qarşısında mitinq
    •    20:00 – Velosiped abidəsinin yanında: “Rustavelidə peşəkarların etirazı – Səhiyyə sektoru”
    •    20:00 – Parlamentin qarşısında etiraz aksiyası
    •    21:00 – İlk Gimnaziya qarşısında, Akaki və İliya abidələrinin yanında – “Etiraz auditoriyasının açıq dərsi”
    •    21:30 – “Ağora”: Siyasətçilərlə açıq müzakirə (Qartal heykəlinin yanında)

Regionlarda planlaşdırılan aksiyalar:
    •    Gori, 17:00 – Şəhər şurasının qarşısında: “Rejim məhbusları azad edilsin və təkrar seçkilər keçirilsin!”
    •    Axaltsixe, 18:00 – Şota Rustaveli abidəsinin qarşısında: “Rus rejiminə yox!”
    •    Batum, 17:00 – Mərkəzi parkın kolonadalarının qarşısında: “Səssiz yürüş”
    •    Batum, 19:00 – Konstitusiya Məhkəməsinin qarşısında: “Vətənə xidmət üçün!”
    •    Zuqdidi, 18:00 – Regional administrasiyanın qarşısında: “Qələbəyə qədər mübarizə!”
    •    Telavi, 17:00 – Meriyanın qarşısında: “Telavidə fasiləsiz etiraz!”
    •    Kutaisi, 19:00 – Meriyanın qarşısında: “Avropaya bəli, Rusiyaya yox!”
    •    Çxorotsqu, 20:00 – Meriyanın qarşısında: “Hər gün etiraz etməyə cəsarət et!”

Bu mitinqlərin əsas tələbləri arasında yeni seçkilərin keçirilməsi və etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması yer alır.

Bizimlə əlaqə saxlayın