Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Güclü qar səbəbindən daha bir neçə qatar reysi ləğv edildi

291
Güclü qar səbəbindən daha bir neçə qatar reysi ləğv edildi
Dinləmək üçün basın

Gürcüstan Dəmir Yolları Guriya regionunda pis hava şəraiti və güclü qar səbəbindən 24 fevral tarixində bir neçə qatar reysinin ləğv edildiyini açıqlayıb.

Gürcüstan Dəmir Yolları Guriya regionunda pis hava şəraiti və güclü qar səbəbindən 24 fevral tarixində bir neçə qatar reysinin ləğv edildiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, ləğv edilən reyslər belədir: 
    •    24 fevral – Ozurgeti–Tbilisi
    •    24 fevral – Batum–Ozurgeti
    •    24 fevral – Rioni–Kutaisi–Rioni

Şirkət bildirir ki, Kutaisiyə səfər edən sərnişinlər adətən Ozurgeti istiqamətində hərəkət edən qatarla Rioni stansiyasına gedir və oradan Kutaisi 1 stansiyasına qədər elektrik qatarlarından istifadə edirlər. Lakin Ozurgeti–Tbilisi qatarının ləğvi səbəbindən bu əlaqəli marşrut da müvəqqəti dayandırılıb.

Gürcüstan Dəmir Yolları sərnişinlərə yaranan narahatlığa görə üzr istəyib və bütün biletlərin tam məbləğdə geri qaytarılacağını bildirib.

Şirkət sərnişinləri hava şəraiti və reyslərlə bağlı yenilikləri diqqətlə izləməyə çağırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →