24 
Fev
2025
22:23
222

Batumi şəhərində güclü qar səbəbindən ictimai nəqliyyat müvəqqəti fəaliyyətini dayandırdı

Batumi şəhərində güclü qar, məhdud görünürlük və yolların buzlanması səbəbindən ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırıldı.

InterPress.ge xəbər verir ki, bu barədə Batumi Bələdiyyə Nəqliyyat Administrasiyası məlumat yayıb.

"İntensiv qar yağışı, məhdud görünürlük və yolların buzlanması səbəbindən ictimai nəqliyyatın hərəkəti bütün istiqamətlər üzrə müvəqqəti olaraq dayandırılıb", - deyə qurumun bəyanatında bildirilir.

Məlumata görə, Batumi şəhərində qar örtüyü 50 santimetrdən çoxdur. Güclü qar və fırtına səbəbindən şəhərdə nəqliyyat hərəkəti qismən məhdudlaşdırılıb. Həmçinin, bəzən qarın ağırlığı səbəbindən ağaclar avtomobillərin üzərinə aşıb.

Batumi Bələdiyyəsinin məlumatına görə, şəhər daxilində yolların təmizlənməsi işləri intensiv şəkildə davam edir.

"Güclü qarla əlaqədar olaraq şəhər daxilində genişmiqyaslı təmizlik işləri aparılır. Hazırda 70-dən çox xüsusi texnika və 700-dən çox işçi Batumi şəhərində yol və nəqliyyat infrastrukturunun normal fəaliyyətini bərpa etmək üçün çalışır", - deyə Batumi Bələdiyyəsinin bəyanatında qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər