Bu gün, Sovet işğalının ildönümü münasibətilə Gürcüstandakı bütün inzibati binalarda, o cümlədən Hökumət Administrasiyasının və Parlament binasının üzərindəki dövlət bayraqları endirilib.
InterPress.ge xəbər verir ki, bu tarixi günlə əlaqədar xaricdəki Gürcüstan diplomatik nümayəndəliklərində də bayraqlar endirilib.
Xatırladaq ki, Gürcüstan Parlamenti 2010-cu il iyulun 21-də qəbul etdiyi qərarla 25 fevralı Sovet İşğalı Günü elan edib.
1921-ci il fevralın 25-də Sovet Rusiyasının Qırmızı Ordusu Tbilisini işğal etdi və demokratik yolla seçilmiş Gürcüstan hökumətini devirdi. Bununla da Gürcüstan Demokratik Respublikası beynəlxalq hüquq subyekti olaraq müstəqilliyini itirdi və Sovet İttifaqına ilhaq edildi.
