27 
Fev
2025
15:41
216

Baş nazir: Quriyada elektrik problemi həll olunur, əhali ərzaq və dərmanla təmin ediləcək

Quriya bölgəsində əhalinin ərzaq və dərmanla təmin olunması davamlı rejimdə həyata keçiriləcək. Onun sözlərinə görə, bölgəyə təxminən 10 000 ərzaq və dərman paketi çatdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze  məlumat verib.

Baş nazir qeyd edib ki, hazırda 10 000 abonent elektrik enerjisiz qalır və bu problemin həlli istiqamətində intensiv işlər davam edir.

“Bazar ertəsi günü təxminən 35 000 abonent işıqsız idi. İndi isə bu rəqəm 10 000-ə qədər azaldılıb. Bərpa işləri intensiv şəkildə aparılır və əsas məsələ onların fasiləsiz davam etdirilməsidir. Hazırda 10 000-ə yaxın abonent hələ də elektrik enerjisi ilə təmin olunmayıb və bu istiqamətdə aktiv işlər görüləcək.

Ərzaq və dərman təminatı isə davamlı rejimdə həyata keçiriləcək. Təxminən 10 000 paket Quriya bölgəsinə çatdırılacaq. Əhali ərzaq və vacib dərmanlarla təmin olunacaq. Təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərir və çağırışlara gecikmədən reaksiya verirlər. Bütün istiqamətlər üzrə qərargah tam səfərbər olunub və işlər intensiv şəkildə davam edəcək”, – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın