Rusiya Kəşfiyyatı: "Aİ Gürcüstan siyasətçilərinə qarşı təzyiq strategiyasına keçir"
Avropa İttifaqı (Aİ) Gürcüstan siyasətçiləri ilə münasibətlərində liberal vədlərdən imtina edərək, siyasi təzyiq strategiyasına keçmək qərarına gəlib.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın xarici kəşfiyyat xidməti bildirib.
Rus mediasının yaydığı məlumata görə, kəşfiyyat xidmətinin rəsmi bəyanatında bu dəyişiklik dünyada "milli-mühafizəkar dönüş" tendensiyası ilə izah olunur.
"Dünyada gedən "milli-mühafizəkar dönüş"ü nəzərə alaraq, Aİ Gürcüstan siyasətçiləri və ictimaiyyəti ilə münasibətlərdə liberal vədlərdən imtina edərək, birbaşa siyasi təzyiq göstərməyə qərar verib", – deyə bəyanatda qeyd olunur.
Rusiya kəşfiyyatının bu iddiası Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi fonunda səsləndirilir. Rəsmi Tbilisi və Brüssel arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları olduğu müşahidə olunur.


