Gürcüstan Dəmir Yolu bütün istiqamətlərdə qatar reyslərinin mərhələli şəkildə bərpa olunacağını elan edib.
InterPress.ge xəbər verir ki, şirkətin yaydığı rəsmi məlumata görə, 28 fevral tarixində aşağıdakı reyslər həyata keçiriləcək:
№802/801 Tbilisi-Batumi-Tbilisi
№804/803 Tbilisi-Batumi-Tbilisi
Lakin hava şəraitinin pisləşməsi səbəbindən bəzi reyslər ləğv edilib. Ləğv olunan reyslər bunlardır:
№870/869 Tbilisi-Zuqdidi-Tbilisi
№874/873 Tbilisi-Poti-Tbilisi
№618/617 Tbilisi-Borjomi-Tbilisi
№686/685 Tbilisi-Borjomi-Tbilisi
Gürcüstan Dəmir Yolu sərnişinlərə üzr istəyərək, ləğv olunan reyslər üçün alınmış biletlərin tam məbləğdə geri qaytarılacağını bildirib.
