Zelenski: Ukrayna müharibənin başa çatmasını hər kəsdən çox istəyir
"Ukrayna müharibənin başa çatmasını hər kəsdən çox istəyir".
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fox News-a verdiyi müsahibədə bildirib.
“ABŞ-ın dəstəyi olmadan Rusiya ilə mübarizə aparmaq çətin olacaq”
Jurnalistin “Ukrayna ABŞ-ın dəstəyi olmadan Rusiyanı dayandıra biləcəkmi?” sualına Zelenski belə cavab verib:
“Bu, çətin olacaq. Məhz buna görə bu gün buradayam.Rusiya ilə danışıqlara açığam, ancaq ABŞ-ın təhlükəsizlik təminatı olmalıdır”
Ukrayna lideri sülh danışıqlarına hazır olduğunu, lakin Ukraynanın gələcək təhlükəsizliyinə dair ABŞ-dan təminat gözlədiyini vurğulayıb:
“Müharibənin bitməsini hər kəsdən çox biz - ukraynalılar istəyirik, çünki bu, bizim həyat uğrunda mübarizəmizdir. Düşünürəm ki, ABŞ və Ukrayna eyni tərəfdə olmalıdır. Mən dialoqa açığam, lakin rusların bizə qarşı münasibətini dəyişə bilmərəm - onlar bizi öldürürlər. Amerika bizim dostumuzdur, Rusiya isə düşmənimizdir. Bu, o demək deyil ki, biz müharibənin davam etməsini istəyirik.”
Zelenskinin bu açıqlamaları ABŞ-ın Ukraynaya hərbi və iqtisadi yardımının davam etdirilməsi üçün yeni təzyiq cəhdi kimi qiymətləndirilir.


