Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ləvan Maçavariani: “Salome Zurabişvili adi bir “Milli Hərəkat” üzvüdür və liderlik qabiliyyətinə malik deyil”

253
Ləvan Maçavariani: “Salome Zurabişvili adi bir “Milli Hərəkat” üzvüdür və liderlik qabiliyyətinə malik deyil”
Dinləmək üçün basın

"Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilini “Vahid Milli Hərəkat” partiyasının nümayəndəsidir və o liderlik keyfiyyətlərinə malik deyil."

"Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilini “Vahid Milli Hərəkat” partiyasının nümayəndəsidir və o liderlik keyfiyyətlərinə malik deyil."

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədr müavini Ləvan Maçavariani jurnalistlərə açıqlamasında bildirib.

"Salome Zurabişvili adi bir ‘Milli Hərəkat’ üzvüdür. O, liderlik xüsusiyyətlərinə və bacarıqlarına malik deyil – sadəcə bu partiyanın sıravi üzvüdür. Təəssüf ki, son bir neçə ildir ki, o, ‘Milli Hərəkat’ın ən aktiv fəallarından biridir”, – deyə Maçavariani vurğulayıb.

Opozisiya partiyalarının birgə görüşləri və onların siyasi perspektivləri haqda suala cavab verən Maçavariani bildirib ki, “onlar reallığa nə qədər tez qayıtsalar, bir o qədər yaxşı olacaq”.

“Bir neçə ay keçdi və yerli seçkilər yaxınlaşır. Mən onlara məsləhət görərdim ki, hazırlaşmağa başlasınlar, yoxsa parlament seçkilərində olduğu kimi məğlubiyyətə uğrayacaqlar. Görünür, Salome Zurabişvili haradasa bir ofis icarəyə götürüb və prezident sarayında işlədiklərini düşünərək uşaq oyunları oynayırlar. Onlar nə qədər tez reallığa dönsələr, bir o qədər yaxşı olar”, – deyə Maçavariani qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →