07 
Mar
2025
15:12
226

Tbilisidə və regionlarda etirazların 100-cü günü: kütləvi aksiyalar keçiriləcək

Martın 7-də Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində etirazların 100-cü günü qeyd olunacaq. “Sonadək” şüarı altında vətəndaşlar yenidən parlament qarşısına toplaşacaq.

InterPress.ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları bildirib.

Təşkilatçılar bildirirlər ki, etiraz hərəkatı sona qədər davam edəcək və ölkənin gələcəyinin məhv edilməsinə imkan verməyəcəklər:

“Kütləvi etirazın 100-cü günündə Rustavelidə minlərlə Gürcüstan vətəndaşı bir araya gələcək. Bir daha işğalçı rejimin getməsini tələb edəcəyik və hamıya göstərəcəyik ki, biz hakimiyyətin qəsb edilməsinə və diktaturanın qurulmasına razı olmayacağıq. Biz sonadək mübarizə aparacağıq!”

Təşkilatçılar mümkün qədər çox insanın aksiyalara qoşulmasını vacib hesab edir və vətəndaşları bu hərəkatı dəstəkləməyə çağırırlar.

Tbilisi:

• 18:00 – Aksiya/Yürüş: Memarlar həmrəylik üçün! (Tbilisi Meriyası)

• 19:00 – Tələbə və müəllimlərin birgə yürüşü (Tbilisi Dövlət Universitetinin birinci korpusu)

• 19:00 – Etiraz: İctimai Yayım Şirkəti qarşısında

• 19:00 – Yürüş: Vicdan məhbuslarına azadlıq! (Birinci Kanalın həyətindən - Kostava küçəsi 68)

• 20:00 – 100-cü günün əsas etiraz aksiyası: Sonadək! (Parlament qarşısında)

• 21:00 – Açıq mühazirə: Etiraz auditoriyası tərəfindən (İlya və Akaki heykəlləri qarşısında)

• 21:30 – İctimai diskussiya: Rus rejimi ilə mübarizənin 100 günü – nailiyyətlər, çağırışlar, gələcək addımlar (Gürcüstan İncəsənət Muzeyinin qarşısında)

Digər şəhərlərdə aksiyalar:

• Axmeta (17:00) – Şəhər meriyası qarşısında etiraz

• Qori (17:00) – Rejim məhbusları azad edilsin və yeni seçkilər təyin olunsun! (Şəhər Şurasının qarşısında)

• Axaltsixe (18:00) – Etiraz: Şota Rustaveli heykəli qarşısında

• Batumi (19:00) – Vətənin xidmətində! (Konstitusiya Məhkəməsi qarşısında)

• Zuqdidi (18:00) – Qələbəyədək mübarizə! (Regional administrasiya qarşısında)

• Telavi (18:00) – Kesilməyən etiraz hərəkatı! (Şəhər meriyası qarşısında)

• Kutaisi (18:00) – Gürcüstan burada mübarizə aparır! 100 günlük fasiləsiz etiraz! (Meriya qarşısında)

• Çxorotsku (20:00) – Hər gün etiraz et! (Meriya qarşısında)

 

Bizimlə əlaqə saxlayın