"İra Xerkheulidze və Giorgi Tsertsvadze siyasi motivlərlə Tbilisi Dövlət Universitetindən çıxarılıb."
InterPress.ge xəbər verir ki, bu barədə “Lelo - Güclü Gürcüstan” partiyasının baş katibi İrakli Kupradze sosial şəbəkədə bildirib.
“Hər ikisi son dərəcə peşəkar və vicdanlıdır – həm pedaqoq, həm də vətəndaş kimi.
Onları ruhlandırmaq və təsəlli vermək lazım deyil, çünki hər ikisi öz yolunu tapacaq. Universitetdə “qəpik-quruşa” dərs demək belə peşəkarlar üçün sadəcə şərəf məsələsidir, yoxsa gəlir mənbəyi deyil.
Bu hadisə ağır və cinayət xarakterlidir. Universitet neçənci dəfə məhv edildi!?” - Kupradze “Facebook”da yazıb.
