Tbilisidə, “Şərab Zavodu” ərazisində yerləşən “Taverna Mint” restoranının damında baş verən yanğın tamamilə söndürülüb.
InterPress.ge xəbər verir ko, bu barədə Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Məlumata görə, hazırda yanğının tüstülənən ocaqlarının söndürülməsi işləri davam etdirilir.
Yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə-xilasetmə qrupu cəlb edilib.
Hadisə nəticəsində heç kim xəsarət almayıb.
