17 
Mar
2025
11:57
863

Gürcüstanın pasportu regionda ən güclüsü seçilib - 2025 Henley Passport Index

 Gürcüstan regionun ən güclü pasportunu əldə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Henley Passport Index-in 2025-ci il reytinqində qeyd edilib.

Daha dəqiq desək, Gürcüstan pasportu ilə 122 ölkəyə vizasız səyahət mümkündür. Bu göstərici sayəsində ölkə son yeniləmə ilə reytinqdə iki pillə irəliləyərək 42-ci yerə yüksəlib.

Pasportun gücünə görə Gürcüstanı Türkiyə və Rusiya izləyir. Bu ölkələr 114 ölkəyə vizasız giriş imkanı ilə 45-ci yeri bölüşürlər.

Digər regional ölkələrə gəldikdə, Azərbaycan 70 ölkəyə vizasız səyahət imkanı ilə 67-ci yerdə qərarlaşıb. Onu isə 70-ci yerdə qərarlaşan Ermənistan izləyir. Ermənistan vətəndaşları 67 ölkəyə vizasız səfər edə bilirlər.

Qeyd edək ki, Henley Passport Index reytinqi vətəndaşların hansı ölkələrə vizasız səyahət edə biləcəyini müəyyən edir. Reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanır və ümumilikdə 199 pasportu və 227 ölkəni əhatə edir.

Bizimlə əlaqə saxlayın