18 
Mar
2025
12:18
112

Gürcüstanda 2024-cü ildə 5,3 milyon lari həcmində fərdi dövlət yardımı göstərilib

 

2024-cü ildə müxtəlif dövlət qurumları tərəfindən ölkədə ümumilikdə 28 fərdi dövlət yardımı göstərilib. Bu yardımların ümumi həcmi 5 313 225 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyinin (GCCA) məlumat yayıb.

Məlumata əsasən, 2024-cü ildə ən çox fərdi dövlət yardımı verən qurum Ozurgeti Bələdiyyəsi olub. Onu Acarıstanın Maliyyə və İqtisadiyyat Nazirliyi və Lançxuti Bələdiyyəsi izləyir.

Dövlət yardımları əsasən iki formada olub: maliyyə yardımı (73%) və müqavilə əsasında nəzərdə tutulmuş cərimələrin ləğvi (27%).

Müqayisə üçün, 2023-cü ildə ümumi fərdi dövlət yardımı 8 337 803 lari, 2022-ci ildə 3 010 036 lari, 2021-ci ildə isə 14 744 673 lari təşkil edib.

Qanunvericiliyə uyğun olaraq, dövlət yardımı göstərən qurumlar hər ilin fevralın 1-dək əvvəlki il ərzində verilən fərdi dövlət yardımları, onların həcmi, müddəti və yardım alan subyektlər barədə agentliyə məlumat təqdim etməlidirlər. Bu məlumatlar əsasında agentlik illik fərdi dövlət yardımı reyestrini aparır.

Məlumat üçün bildirək ki, fərdi dövlət yardımı dedikdə, dövlətin büdcə vəsaitləri və ya digər resurslar hesabına müəyyən iqtisadi subyektlərə üstünlük verilməsi nəzərdə tutulur. Əgər bu yardımlar ardıcıl üç maliyyə ili ərzində bir iqtisadi subyekt üçün ümumilikdə 400 000 laridən, yükdaşıma sektorunda isə 200 000 laridən çox deyilsə, onlar “fərdi dövlət yardımı” kateqoriyasına aid edilir.

Bizimlə əlaqə saxlayın