19 
Mar
2025
13:06
386

“Georgian Airways” yeni Avropa uçuşlarına başlayır

“Georgian Airways” 2024-cü ilin yay naviqasiya mövsümündə Tbilisidən İtaliyanın Roma və Forli şəhərlərinə birbaşa uçuşlara başlayır.

InterPress.ge xəbər verir ki, bu barədə Şirkətin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Forli istiqamətində birbaşa uçuşlar 24 apreldən etibarən həftədə bir dəfə, cümə axşamı günləri həyata keçiriləcək.Roma (Fiumicino Hava Limanı) istiqamətində uçuşlar 26 apreldən başlayaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri baş tutacaq.

Beləliklə, İtaliya istiqamətində hər gün uçuşlar təşkil olunacaq:

• Milan – həftədə 3 dəfə

• Roma – həftədə 2 dəfə

• Forli – həftədə 1 dəfə

Forli, tibbi turizm və termal SPA mərkəzləri ilə tanınan bir şəhərdir, burada ziyarətçilərə Avropa standartlarına uyğun tibbi müayinələr, reabilitasiya və sağlamlıq prosedurları təklif olunur.

Bundan əlavə, yay mövsümündə Paris və Nitsa istiqamətində həftədə dörd uçuş həyata keçiriləcək.

“Georgian Airways” yay mövsümündə Avropanın digər istiqamətlərinə birbaşa uçuşlarını da davam etdirəcək:

• Vyana

• Amsterdam

• Berlin

• Larnaka

Şirkətin məlumatına görə, bütün uçuşlar gündüz saatlarında həyata keçiriləcək, bu da sərnişinlər üçün daha rahatdır. Aviabiletlərin standart tarifinə baqaj haqqı da daxildir.

Birbaşa reyslər Boeing 737-700, Boeing 737-800 və Boeing 767 tipli təyyarələrlə yerinə yetiriləcək.

Bizimlə əlaqə saxlayın