20 
Mar
2025
10:16
222

Gürcüstan millisi bu gün Ermənistanla qarşılaşacaq

 

Bu gün Gürcüstan milli komandası Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Ermənistan millisinə qarşı səfərdə çıxış edəcək.

InterPress.ge xəbər verir ki, matç İrəvan şəhərində, saat 21:00-da başlayacaq.

Oyunu stadiondan izləmək imkanı olmayan azarkeşlər üçün Tbilisi Meriyasının təşkilatçılığı ilə Respublika meydanında böyük ekranda matçın canlı yayımı nümayiş etdiriləcək.

Gürcüstan yığması dünən Ermənistana yola düşüb və oyunöncəsi son məşqini də keçirib.

Xatırladaq ki, Millətlər Liqasının qrup mərhələsində alınan sarı vərəqələr səbəbindən Guram Kaşia və Xviça Kvaratsxeliya bu gün Ermənistanla oyunu buraxacaqlar. Milli komandanın kapitanı isə Otar Kiteişvili olacaq.

B Liqasında yerini qorumaq üçün nəzərdə tutulan iki matçlıq pley-off mərhələsinin növbəti qarşılaşması 23 mart tarixində Tbilisidə baş tutacaq.

Bizimlə əlaqə saxlayın