Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Kobaxidze: Baş nazirin və hökumət üzvlərinin sanksiyaya məruz qalması Gürcüstana qarşı düşmənçilikdir

291
İrakli Kobaxidze: Baş nazirin və hökumət üzvlərinin sanksiyaya məruz qalması Gürcüstana qarşı düşmənçilikdir
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi Qərb ölkələrinin Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaları siyasi təzyiq və düşmənçilik aktı adlandırıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi Qərb ölkələrinin Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaları siyasi təzyiq və düşmənçilik aktı adlandırıb.

InterPress.ge xəbər verir ki, o, bu barədə Gürcüstanın Birinci Kanalına müsahibəsində danışıb.

Baş nazir bəzi müxalifət partiyalarını və qeyri-hökumət təşkilatlarını Gürcüstana qarşı yalan məlumat yaymaqda və xarici ölkələrdən sanksiyalar tələb etməkdə ittiham edib. O bildirib ki, Gürcüstanın Rusiya üçün “qara dəlik” olduğu və sanksiyalardan yayınmağa kömək etdiyi barədə yayılan iddialar tamamilə yalandır.

“Bu, siyasi və diplomatik baxımdan açıq-aşkar düşmənçilik aktıdır. Biz başqa bir ölkənin baş nazirini və ya prezidentini sanksiyaya məruz qoysaq, bu, diplomatik dildə faktiki olaraq müharibə elanı demək olardı. Müəyyən QHT-lər və siyasətçilər açıq şəkildə etiraf edirlər ki, Gürcüstana qarşı belə sanksiyaların tətbiqinə yardım ediblər”, – Kobaxidze qeyd edib.

Baş nazir vurğulayıb ki, məsələ ilə bağlı hüquqi qiymət verilməsi prokurorluğun səlahiyyətindədir və müvafiq araşdırmalar aparılacaq. O, xaricdən maliyyələşən bəzi təşkilatları Gürcüstanın milli maraqlarına zidd fəaliyyət göstərməkdə günahlandırıb.

Qeyd edək ki, son dövrlərdə Estoniya, Böyük Britaniya, ABŞ və Litva Gürcüstan hökumətinin bəzi yüksək rütbəli nümayəndələrinə qarşı fərdi sanksiyalar tətbiq edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →