21 
Mar
2025
11:24
260

Qardabanidə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ərzaq yardımı təqdim olunub - FOTO

Qardabani Bələdiyyəsində Novruz bayramı münasibətilə sosial layihə həyata keçirilib.

InterPress.ge xəbər verir ki, Qardabani Bələdiyyə Meriyasının təşkilatçılığı ilə bələdiyyə ərazisində yaşayan aztəminatlı azərbaycanlı ailələrə ərzaq yardımları təqdim olunub.

Layihə çərçivəsində 150 aztəminatlı ailə Novruz bayramı münasibətilə ərzaq yardımı alıb. Yardım paketlərinə gündəlik istifadə olunan əsas ərzaq məhsulları daxildir və onların hazırlanması, ailələrə çatdırılması prosesində müxtəlif dövlət və yerli idarəetmə strukturlarının nümayəndələri fəal iştirak ediblər.

Aksiyada iştirak edənlər arasında Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyev, Qardabani Bələdiyyəsinin meri Davit Kargareteli, merin müavini Fuad Mirzəyev, bələdiyyə sədrinin birinci müavini Samir Xiyalov və yerli özünüidarəetmə nümayəndələri yer alıblar. Onlar yardımların bölgüsü prosesində şəxsən iştirak edib, sakinlərlə görüşüblər və bayram münasibətilə təbriklərini çatdırıblar.

 

Bizimlə əlaqə saxlayın