21 
Mar
2025
13:07
138

İrakli Kobaxidze: “Paşinyanla strateji tərəfdaşlıq və regional məsələləri müzakirə etdik”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkə X-də yazdığı paylaşımda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü barədə məlumat verib.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, İrəvana səfəri çərçivəsində baş tutan bu görüşdə tərəflər strateji tərəfdaşlıq, həmçinin əsas regional və qlobal məsələləri müzakirə ediblər.

“İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək imkanım oldu. Strateji tərəfdaşlığımız, həmçinin əsas regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərimizin möhkəm və pozitiv dinamikası, idman və mədəni əlaqələrlə daha da güclənir və xalqlarımız arasında dərin tarixi bağların sübutudur. Əminəm ki, bu görüş əməkdaşlığımızı daha da dərinləşdirəcək və ortaq uğurumuzda töhfə verəcək”, – deyə Gürcüstan hökumət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın