24 
Mar
2025
13:55
235

İstanbulda İmamoğlunun tərəfdarlarına qarşı polis rezin güllə və bibər qazı tətbiq edib

İstanbulun həbsdə olan meri Əkrəm İmamoğlunun tərəfdarlarının keçirdiyi etiraz aksiyası zamanı polis nümayişçilərə qarşı rezin güllə və tərkibində bibər olan qaz (sprey) tətbiq edib.

InterPress.ge xəbər verir ki, Türkiyədə İmamoğlunun həbsindən sonra etirazlar səngimək bilmir. Müxalifətin önəmli simalarından olan İstanbul meri dünən məhkəmə qərarı ilə həbs edilib, bu isə minlərlə insanın küçələrə axışmasına səbəb olub.

Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilat yaratmaq və ona rəhbərlik etmək, rüşvət almaq, hədə-qorxu ilə tələb etmə, şəxsi məlumatların qanunsuz əldə olunması və tenderlərin saxtalaşdırılması yer alır. Onun vəzifəsindən azad edildiyi də açıqlanıb.

Bunun fonunda, İmamoğlu “Respublika Xalq Partiyası”nın praymerizində təxminən 15 milyon səs toplayıb.

Xatırladaq ki, Türkiyənin əsas müxalifət partiyası olan “Respublika Xalq Partiyası”nın üzvü və İstanbulun meri Əkrəm İmamoğlu 2028-ci il prezident seçkilərində Ərdoğanın əsas rəqibi kimi görülür. O, martın 19-da saxlanılıb.

Bizimlə əlaqə saxlayın